XəbərlərTelekommunikasiya sahəsində çalışan mühasiblər üçün “Workshop” keçiriləcək.

ARPA (Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossasiyası)  Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin Tədris Mərkəzlərinin birgə iştirakı ilə Qanuna dəyişikliklərin müzakirə edilməsi və implementasiyası ilə bağlı yarana biləcək problemlərin həllinə nail olmaq üçün peşəkar mühasiblərin təklif və tövsiyələrini dəyərləndirmək məqsədilə telekommunikasiya sahəsində çalışan mühasiblər üçün ÖDƏNİŞSİZ workshop keçirəcək.

Workshop 17 Avqust 2018-ci ildə saat 16:00-da Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində (Heydər Əliyev.10 ünvanında)  keçiriləcəkdir.“Workshop”da Azərbaycan Respublikasında tətbiq ediləcək yeni mühasibat uçotu standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları , Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları mövzusunda müzakirələr nəzərdə tutulmuşdur.

Maraqlananlar gulnar.huseyn@arpa.org.az email ünvanına ad, soyad, çalışdığı müəssisə, vəzifələrini geyd edərək  iştirakını təsdiq edə bilərlər.

Şərh yaz

Your email address will not be published.