XəbərlərTelekommunikasiya sahəsində çalışan mühasiblər üçün “Workshop” keçirildi.

ARPA (Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossasiyası)  Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin Tədris Mərkəzlərinin birgə iştirakı ilə Qanuna dəyişikliklərin müzakirə edilməsi və implementasiyası ilə bağlı yarana biləcək problemlərin həllinə nail olmaq üçün peşəkar mühasiblərin təklif və tövsiyələrini dəyərləndirmək məqsədilə telekommunikasiya sahəsində çalışan mühasiblər üçün  workshop keçirildi.

“Workshop”da Azərbaycan Respublikasında tətbiq ediləcək yeni mühasibat uçotu standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları , Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları mövzusunda müzakirələr nəzərdə tutulmuşdur.Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir. ARPA-n hazırda 1000-dən çox  fərdi, 17  korporativ üzvü  var.

Şərh yaz

Your email address will not be published.