Xəbərlər“Zəfər Gününə” həsr olunmuş olimpiada keçirildi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC ) “Maliyyə və mühasibat” fakültəsinin (MMF), #YeloBank” ASC və ARPA İB-nin birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə tələbələr arasında “Zəfər” olimpiadası keçirilmişdir.
Vətən Müharibəsinin Qələbə Günü münasibətilə təşkil olunmuş “Zəfər” olimpiadasının qalibləri və gələcəyin mühasibləri olacaq Loğman Mehdiyev , Ülvi Qafurlu və Məhəmməd Abbasquliyevə “Yelo Bank” ASC tərəfindən dəyərli hədiyyələr təqdim edilmişdir.
Təltif etmə mərasiminə şəhidimiz Mürsəl Kazımlının atası Kamil Kazımlı və qazilərimiz Kənan Hüseynzadə və Müzəffər İbadov dəyər qatdılar. Şəhid ailələrinə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur!
Bütün şəhidlərimiz ruhu şad olsun! Allah qazilərimizə can sağlığı, uzun ömür versin!