PSS (Peşəkar Sığortaçı Sertifikasiyası) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən hazırlanmış sertifikasiya proqramıdır. PSS-in tədris proqramı sığorta sahəsində dünyada tanınmış CII (The Chartered Insurance Institute) sertifikasiya proqramının tədris materialları (CII-ın rəsmi razılığı ilə) əsasında hazırlanmışdır. PSS ölkəmizdə sığorta sahəsində Azərbaycan dilində olan ilk sertifikasiya proqramıdır.
Yerli sığorta şirkətlərinin tənzimləyici orqanı tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.
PSS birinci səviyyə imtahanlarının tədris materialları Boyük Britaniyanın CII institutunun Sığorta: Prinsiplər və təcrübə” və “P67, Risklərin idarə edilməsi” adlı kitablarının tərcüməsi və yerli sığorta qanunvericiliyi əsasında ARPA tərəfindən hazırlanmışdır. Dərsliyin mövzuları imtahan proqramını tam şəkildə əhatə edir.
“Sığorta : Prinsiplər və Təcrübə” (260 səh.)
Tədris materiallarını buradan əldə edə bilərsiz:
ARPA İctimai Birliyi: Tel: (+994 12) 505 53 02 Ünvan: İstiqlaliyyat küç., 31 C, Bakı, Azərbaycan AZ1001
PSS imtahanlarının qiymətləri illik əsasda müəyyənləşdirilir və açıqlanır. ARPA-nın üzvləri aşağıda göstərilən endirimlərdən faydalana bilər:
Hal-hazırda qüvvədə olan imtahan qiymətlərini izləmək üçün aşağıdakı PDF faylı yükləyin:
PSS imtahanlarının qiymət cədvəlini yüklə
Fərdi imtahan namizədləri ödənişi fərdi şəkildə elektron ödəniş vasitəsilə etməlidirlər. ARPA korporativ üzvlərinin əməkdaşları üçün imtahan ödənişləri bank köçürməsi ilə yolu ilə edilə bilər.
PSS imtahanlarının tarixləri illik əsasda müəyyənləşdirilir və açıqlanır. Imtahan tarixlərinə düzəlişlər imtahan gününə ən gec 1 ay qalmış edilir.
Hal-hazırda qüvvədə olan imtahan tarixlərini izləmək üçün PDF faylı yükləyin.
PSS imtahan vaxt cədvəli_2023
PSS imtahanlarında iştirak etmək istəyən namizədlər ilk olaraq imtahan qeydiyyat prosesini keçməlidirlər.
Qeydiyyat və imtahan müraciəti proseslərini tamamlayan namizədlər bu link vasitəsilə imtahana buraxılış vərəqələrini endirə bilərlər.
PSS – SIĞORTA İŞİNİN ƏSASLARI SƏVİYYƏSİ sertifikatı ilə təltif olunmuş şəxslər öz imzalarında bu sertifikatın sahibi olduqlarını təsdiq etmək üçün SertPSS şəklində qısa yazı qeyd edə bilərlər. PSS-in bütün səviyyələrini tamamlayan və PEŞƏKAR SIĞORTAÇI SERTİFİKATI ilə təltif olunan şəxslər isə öz imzalarında bu sertifikatın sahibi olduqlarını təsdiq etmək üçün PSS şəklində qısa yazı qeyd edə bilərlər.
ARPA tərəfindən təqdim edilən bu sertifikatlar ARPA-nın mülkiyyəti sayılır və onun nüsxəsi heç bir halda çıxarılmamalı, dəyişdirilməməli və ya hər hansı başqa formada təhrif olunmamalıdır. Namizəd tərəfindən ARPA Etika Qaydaları pozulduğu halda, ARPA, bu sertifikatı geri almaq hüququna malikdir. Sertifikatın etibarlılığı Namizəd nömrəsi və Sənədin nömrəsi vasitəsilə ARPA-ya rəsmi müraciət əsasında yoxlanıla bilər.