XƏBƏRLƏR

23 dekabr tarixində BİZCON şirkətinin təsisçisi Anar Bayramov tərəfindən “Verqi Məcəlləsində dəyişiklik” mövzusunda seminar keçirildi. Seminarda Dövlət Vergi Xidməti Vergi Siyasəti Baş İdarəsinin rəis müavini Əvəz Quliyev, Dövlət Vergi Xidməti Vergi Qanunvericiliyi şöbəsinin rəisi Azər Mustafayev və ARPA- nın sədri Günay Şahbazova iştirak etdi. Günay xanım ARPA fəaliyyəti və Peşəkar Mühasib üzvlüyü haqqında iştirakçılara məlumat...

dekabr 2023-cü il tarixində Mingəçevir Dövlət Universitetinin rəhbər və tələbə heyəti ilə zoom üzərindən görüş keçirilmişdir. Görüşdə ARPA İB-nin İdarə Heyətinin Sədri Günay Şahbazova , Layihələr üzrə baş mütəxəssis Günəş Əsgərova və Vergi üzrə ekspert Təhməz Qaçayev iştirak etmişdir. Universitetin maliyyə-mühasibatlıq tələbələri üçün təşkil edilmiş vebinarda “Vergitutmanın əsasları, Azərbaycan Respublikasının Vergi sistemi “ mövzusunda mövcud...

ARPA komandası “Gələcəyin Assosiasiyaları»(#AFA) layihəsinin benefisiarından olaraq 14 dekabr tarixlərində “Liderlik və yumuşaq bacarıqlar” modulu üzrə keçirilən təlimdə iştirak etdilər. Gələcəyin AssosiasiyalarI»(#AFA) layihəsi Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra olunan, Əlil Təşkilatları İttifaqı (#ƏTİ) və «Finance and Social Innovation Consulting» (#FSİC) ilə birgə həyata keçirilir.  

Dövlət Məşğulluq Agentliyi @dma.sosial.gov.az və ARPA İB-nin birgə əməkdaşlığı çərçivəsində “#Mühasib” və “#ƏməliyyatçıMühasib” peşə hazırlığı #kurslarını yüksək nəticə ilə bitirən müdavimlərimizin işlə təmin edilməsinə tərəfimizdən köməklik göstərilir. Odur ki, əgər təşkilatınıza “Mühasib”, “mühasib köməkçisi” “1 C operator” və bənzər sahələrdə əməkdaş axtarırsınızsa vaxt itirmədən ARPA -ya müraciət edin. Məzunlarımıza kurs müddətində həm nəzəri, həm də...

Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən » Sığorta-agenti» peşə hazırlığı kursunu uğurlu nəticə ilə bitirən müdavimlərin hər birinə sertifikatları təqdim edilmişdir. ARPA İB-nin əməkdaşı Günəş Əsgərova və kursun təlimçisi Gültəkin Əmrəliyeva müdaviminləri təbrik etmiş, gələcək karyeralarında uğurlar arzu etmişdir. Bütün müdavimlərimizə seçdikləri yolda müvəffəqiyyətlər diləyirik!

19 sentyabr 2023-cü il tarixində Gələcək üçün Assosiasiyalar Akademiyasının benefisiar assosiasiya olan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ofisində AFA fəaliyyətinin “Peer learning” komponenti çərçivəsində digər benefisiarlarla görüş keçirilmişdir. Görüş zamanı AADA İdarə heyətinin sədri Natiq Zərbəliyev assosiasiyanın əldə etdiyi nailiyyətlər və yeniliklər haqqında məlumat vermişdir. Görüşdə iştirak edən benefisiar assosiasiyalar onları maraqlandıran sualları ünvanlamış və...

Bu gün Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən əməkdaşlarımız və eyni zamanda «Sığorta agenti » peşə hazırlığı kursunun müdavimləri üçün «Həyatın idarə et» adlı master klass təşkil edilmişdir. Maraqlı və faydalı təlim üçün Life coach Fidan xanım Əsədovaya @lifecoach_fidanasadova dərin minnətdarlığımızı bildiririk.

05 sentyabr 2023-cü il tarixində ARPA -nin sədri Günay Şahbazova və layihələr üzrə menecer Əminə Quliyeva Gələcək üçün Assosiasiyalar Akademiyasının «Üzvlük strategiyaları və xidmətlərin inkişafı» mövzusunda təlimdə iştirak etdilər. USAID “Gələcəyin Assosiasiyaları” (AFA) layihəsi Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra olunan, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən, Əlil Təşkilatları İttifaqı (ƏTİ) və “Finance and...

https://arpa.org.az/wp-content/uploads/2024/01/ARPA-Logo-transp-1280x784-1.png
Bizimlə əlaqə
+994 12 505 53 02
office@arpa.org.az

Subscribe to out newsletter today to receive updates on the latest news, releases and special offers. We respect your privacy. Your information is safe.

    ©2023 Bütün hüquqlar qorunur