PSS – Peşəkar Sığortaçı Sertifikasiyası

PSS (Peşəkar Sığortaçı Sertifikasiyası) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA)                  və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən hazırlanmış sertifikasiya proqramıdır. PSS-in tədris proqramı sığorta sahəsində dünyada tanınmış CII                (The Chartered Insurance Institute) sertifikasiya proqramının tədris materialları (CII-ın rəsmi razılığı ilə) əsasında hazırlanmışdır. PSS ölkəmizdə sığorta sahəsində Azərbaycan dilində olan ilk sertifikasiya proqramıdır.

Sertifikasiya proqramının hədəf auditoriyası
  • Sığorta şirkətlərinin əməkdaşları
  • Fərdi sığorta agentləri və mütəxəssisləri
  • Karyerasını sığorta sahəsində qurmaq istəyən ali təhsilli şəxslər
  • Sığorta sahəsinə marağı olan tələbələr
PSS sertifikasiya proqramının faydaları:
  • Sığorta şirkətlərində işləmək üçün tələb olunan baza bilik və bacarıqlarını sertifikasiya namizədlərinə təqdim edir
  • Imtahan proqramı sığorta işi üzrə yerli qanunvericilik tələblərini nəzərə alır və təcrübəyə yararlılığını artırmış olur

Yerli sığorta şirkətlərinin tənzimləyici orqanı tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.

Tədris materialları

PSS birinci səviyyə imtahanlarının tədris materialları Boyük Britaniyanın CII institutunun Sığorta: Prinsiplər və təcrübə” və “P67, Risklərin idarə edilməsi” adlı kitablarının tərcüməsi və yerli sığorta qanunvericiliyi əsasında ARPA tərəfindən hazırlanmışdır. Dərsliyin mövzuları imtahan proqramını tam şəkildə əhatə edir.

“Sığorta : Prinsiplər və Təcrübə” (260 səh.)

Tədris materiallarını buradan əldə edə bilərsiz:

ARPA İctimai Birliyi: Tel: (+994 12) 505 00 56 Ünvan: İstiqlaliyyat küç., 31 C, Bakı, Azərbaycan AZ1001

PSS imtahanlarının qiymətləri illik əsasda müəyyənləşdirilir və açıqlanır. ARPA-nın üzvləri aşağıda göstərilən endirimlərdən faydalana bilər:

  • Korporativ üzvlərin əməkdaşları:
    • Standart – 10%
    • Gold – 20%
    • Platin – 30%
  • Fərdi üzvlər üçün:
    • Tələbə – 20%
    • Assosiativ – 10%

Hal-hazırda qüvvədə olan imtahan qiymətlərini izləmək üçün aşağıdakı PDF faylı yükləyin:

PSS imtahanlarının qiymət cədvəlini yüklə

Ödəniş

Fərdi imtahan namizədləri ödənişi fərdi şəkildə elektron ödəniş vasitəsilə etməlidirlər. ARPA korporativ üzvlərinin əməkdaşları üçün imtahan ödənişləri bank köçürməsi ilə yolu ilə edilə bilər.

İmtahan müraciəti etmiş namizədlər yalnız imtahan tarixindən 2 ay əvvəl müddətdə ARPA-ya yazılı şəkildə müraciət edərək imtahan ödənişlərini geri qaytara bilərlər. İmtahanda iştirak üçün fərdi elektron qaydada müraciət etmiş, lakin imtahanda iştirak etməyən namizədlər üzrə imtahan ödənişi geri qaytarılmır. İmtahanda iştirak üçün müraciət etməmiş namizədlər üzrə korporativ şəkildə bank köçürməsi ilə edilmiş avans imtahan ödənişi yazılı müraciət əsasında geri qaytarılır.

PSS imtahanlarının tarixləri illik əsasda müəyyənləşdirilir və açıqlanır. Imtahan tarixlərinə düzəlişlər imtahan gününə ən gec 1 ay qalmış edilir.

Hal-hazırda qüvvədə olan imtahan tarixlərini izləmək üçün PDF faylı yükləyin.

PSS imtahan vaxt cədvəli_2022

PSS imtahanlarında iştirak etmək istəyən namizədlər ilk olaraq imtahan qeydiyyat prosesini keçməlidirlər.

QEYDİYYAT PROSESİNƏ BAŞLA

Qeydiyyat və imtahan müraciəti proseslərini tamamlayan namizədlər bu link vasitəsilə imtahana buraxılış vərəqələrini endirə bilərlər.

Təqdim olunmuş sertifikatlar

PSS – SIĞORTA İŞİNİN ƏSASLARI SƏVİYYƏSİ sertifikatı ilə təltif olunmuş şəxslər öz imzalarında bu sertifikatın sahibi olduqlarını təsdiq etmək üçün SertPSS şəklində qısa yazı qeyd edə bilərlər. PSS-in bütün səviyyələrini tamamlayan və PEŞƏKAR SIĞORTAÇI SERTİFİKATI ilə təltif olunan şəxslər isə öz imzalarında bu sertifikatın sahibi olduqlarını təsdiq etmək üçün PSS şəklində qısa yazı qeyd edə bilərlər.

ARPA tərəfindən təqdim edilən bu sertifikatlar ARPA-nın mülkiyyəti sayılır və onun nüsxəsi heç bir halda çıxarılmamalı, dəyişdirilməməli və ya hər hansı başqa formada təhrif olunmamalıdır. Namizəd tərəfindən ARPA Etika Qaydaları pozulduğu halda, ARPA, bu sertifikatı geri almaq hüququna malikdir. Sertifikatın etibarlılığı Namizəd nömrəsi və Sənədin nömrəsi vasitəsilə ARPA-nın veb səhifəsi və ya ARPA-ya rəsmi müraciət əsasında yoxlanıla bilər.