RİSK KOMİTƏSİ

Peşəkar risk menecerləri üçün müzakirə və təhlil platforması kimi “ARPA Risklərin İdarəolunması üzrə Ekspertlər Qrupu” (AEQ) adı altında 2015-ci ildə yaradılmışdır. Sonradan ARPA-da həyata keçirilən struktur dəyişikliklərinə uyğun olaraq, AEQ Risklərin idarə edilməsi üzrə Komitəyə çevrilmişdir.

Komitənin əsas məqsədi maliyyə bazarında müşahidə olunan və gözlənilən aktual proseslərin təhlilinin aparılması üçün ARPA-nın korporativ üzvləri tərəfindən təyin olunan yüksək ixtisaslı peşəkarların ekspert olaraq bir qrup şəklində toplanmasıdır.

Komitənin yaradılması müzakirələr, məlumat mübadiləsi, peşəkar şəbəkə qurulması, o cümlədən qoyulmuş mövzular əsasında problemləri və imkanları təhlil edərək tədqiqat boşluqlarının müəyyən edilməsi üçün nəzəri və praktiki platformanın bünövrəsini təşkil edir.

Hazırda Risklərin idarə edilməsi üzrə Komitəyə “AtaBank” ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru Elman Sadıqov sədrlik edir.

 

Üzvlər barədə məlumat:

 

Elman Sadıqov – “AtaBank” ASC, Risklərin idarə edilməsi departamenti, Direktor

Elçin Əsədzadə – “ATA Sığorta” ASC, Baş məsul-aktuari

Ülvi Yusifov – “Bank of Baku” ASC, Kredit riskləri şöbəsinin müdiri

Fərdi Həsənov – “Bank of Baku” ASC, Daxili nəzarət və əməliyyat risklərinin idarə edilməsi departamenti, aparıcı mütəxəssis

Cavid İmranov – “Azər Türk Bank” ASC, Risk menecment departamenti, Direktor

Anar Əliyev – “Muğan Bank” ASC, Maliyyə departamenti, Direktor müavini

Zəkəriyyə Mustafayev – “Ziraat Bank” ASC, Risklərin İdarə Edilməsi, Daxili Nəzarət və ÇPY\TMM Departamenti, Direktor

Ramin Abbasov – “Turan Bank” ASC, Kredit riskləri bölməsinin rəhbəri