Komitə Azərbaycanda sığorta sahəsində mövcud vəziyyət, ən son yeniliklər və müvafiq sahədə milli qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar olaraq 27 fevral 2019-cu ildə təsis edilmişdir. Komitənin əsas məqsədi sığorta sahəsində ən yaxşı təcrübəyə əsaslanaraq gündəmdə duran məsələlərin müzakirəsi və sığorta sahəsinin mütəxəssisləri üçün vahid platfomanın yaradılması, yeni dəyişikliklərə keçid və adaptasiya ilə bağlı problem və perspektivlərin araşdırılması, müvafiq sahədə fəaliyyət göstərən peşəkarların təcrübə mübadiləsinə nail olmaqdır.
Komitənin sədri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin rəhbəri Rasim Həsənovdur. Komitə sədr və sığorta sahəsinin mütəxəssislərindən təşkil olunan üzvlərdən ibarədir.
Komitə üzvləri barədə məlumat:
Rasim Həsənov –Maliyyə departamentinin rəhbəri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Murad Mirzəyev – Monitorinq, təhlil və aktuari departa- mentinin Risklərin idarəolunması və aktuari şöbəsinin müdiri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Elçin Əsədzadə – Baş-məsul aktuari, Atasığorta ASC
Azər Əlizadə – İdarə heyəti sədrinin vəzifələrini icra edən, “Qala Həyat Sığorta” ASC
Nərminə Əfəndiyeva – Təkrarsığorta üzrə menecer, “Azsığorta” ASC
Eltun Sadıqov – Sığorta Hadisələri departamentinin müdiri, “Rəvan Sığorta” ASC
Leyla Cahangirova – Anderraytinq və Təkrarsığorta depatementinin müdiri, “Qala Sığorta” ASC
Cəlil Hüseynov – Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin müdiri-aktuarisi, “Paşa Həyat Sığorta” ASC
Elnarə Abdullazadə – Sığorta şöbəsinin sığorta mütəxəssisi, İpəkyolu Sığorta ASC